Valyuta məzənnəsi
Xəbər lentİ
 13:01  Sabahın HAVASI

Bu gün “Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək

11:48, 24.10.19
azerbaycan, idman
Bu gün “Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

A qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə qarşılaşacaqlar.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:55-də start götürəcək.

Qarşılaşmanı slovakiyalı Filip Qlovaya idarə edəcək. Frantişek Ferents və Yan Pozor yan xətt, Peter Zimba dördüncü hakim qismində ona kömək edəcək. Yunanıstanlı Mixalis Kukulakis hakim-inspektor, rusiyalı İvan Tsitoviç isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcəklər.

Qrupda ilk oyununda öz meydanında İspaniyanın “Sevilya” klubuna məğlub olan (0:2) “Qarabağ” ikinci görüşündə səfərdə Lüksemburqun “Düdelanj” komandasına böyük hesabla qalib gəlib - 1:4. APOEL isə qrup mərhələsində keçirdiyi ilk iki oyunda məğlub olub - 4:3, 1:0.

Komandalar cari avrokubok mövsümündə 3-cü dəfə qarşılaşacaqlar. Nikosiyalılar UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində ağdamlıları mübarizədən kənarlaşdıra biliblər. Azərbaycan çempionu səfərdə 54-cü dəqiqədə Mahir Emrelinin, 69-cu dəqiqədə isə Maqaye Qeyenin qolları ilə önə keçib. Son nöqtəni isə 90+5-ci dəqiqədə Giorqos Merkis qoyub - 2:1. Bundan sonra Tomas Doll APOEL-in baş məşqçisi postunda Paolo Tramezzanini əvəzləyib. Almaniyalı mütəxəssis Bakıdakı debüt qarşılaşmasında 2:0 hesablı qələbəyə sevinərək, mərhələ adlayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla