Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Bakı Dövlət Universitetində maaşlar artdı

12:23, 23.10.19
azerbaycan, medeniyyet
Bakı Dövlət Universitetində maaşlar artdı

Bakı Dövlət Universitetində əməkhaqları artırılıb.

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

Xeberpress.az-ın məlumatına görə, BDU-dan bildirilib ki, iclasda rektor Elçin Babayev çıxış edərək son illərdə ölkədə reallaşdırılan sosial layihələrdən, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində apardığı işlərdən danışıb. O, dövlət başçısı tərəfindən davamlı olaraq həyata keçirilən genişmiqyaslı tədbirlərin növbəti mərhələsi kimi dövlət büdcəsindən maliyyələşən müəssisələrdə minimum əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını uğurlu sosial siyasətin göstəricisi kimi qiymətləndirib.

İclasda Azərbaycan dövlətinin sosial siyasətini rəhbər tutaraq əməkdaşların maddi rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə BDU-nun əməkdaşlarının, o cümlədən “Gənc istedadlar” liseyi kollektivinin əməkhaqlarının sentyabr ayının 1-dən hesablanmaqla orta hesabla 20 (iyirmi) faiz artırılması haqqında qərar qəbul edilib.

Artım ümumilikdə universitetin 3000-dən çox əməkdaşına şamil olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla