Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Güman edirəm ki, mənim də istefa ərizəm qəbul olunacaq - AMEA-nın Prezidenti Akif Əlizadə

12:03, 23.10.19
azerbaycan, cemiyyet
Güman edirəm ki, mənim də istefa ərizəm qəbul olunacaq - AMEA-nın Prezidenti Akif Əlizadə

"İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur".

Xeberpress.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri baş tutacaq. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq".

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.


***


AMEA prezidenti Akif Əlizadə istefa verib.

Oktyabrın 21-də Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub.

Xeberpress.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, artıq AMEA prezidenti Akif Əlizadə istefa ərizəsini yazıb və bu gün AMEA-ya yeni prezident seçiləcək.

Fövqəladə toplantı oktyabrın 23-də saat 11:00-a təyin olunub.

Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla