Valyuta məzənnəsi
Xəbər lentİ
 13:01  Sabahın HAVASI

Dövlət Gömrük Komitəsinin əməkdaşları çoxlu miqdarda pirotexniki vasitələr aşkarladı - FOTO

11:29, 23.10.19
azerbaycan, hadise
Dövlət Gömrük Komitəsinin əməkdaşları çoxlu miqdarda pirotexniki vasitələr aşkarladı - FOTO

Avtomobildə xeyli miqdarda pirotexniki vasitələr aşkarlandı.

Xeberpress.az xəbər verir ki, DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Honda Ridgeline" markalı avtomobil ilə gələn Rusiya Federasiyası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük baxışı zamanı avtomobilin yük hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən ümumilikdə 5725 ədəd üzərlərində "Firewok star 16", "Firewok powerful ligth 49", "Firewoks 36", "Bang crackling" və "Big silver cracker" yazılan pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Dövlət Gömrük Komitəsinin əməkdaşları çoxlu miqdarda pirotexniki vasitələr aşkarladı - FOTO
Dövlət Gömrük Komitəsinin əməkdaşları çoxlu miqdarda pirotexniki vasitələr aşkarladı - FOTO


Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla