Valyuta məzənnəsi
Xəbər lentİ

Bu ərazilərdə qaz olmayacaq

11:19, 23.10.19
azerbaycan, bolge
Bu ərazilərdə qaz olmayacaq

Şəki və Şamaxının bəzi yerlərində qaz olmayacaq.

Oktyabrın 23-də 2019-cu ilin tədbirlər planına əsəsən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Şərbablar küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 108 və 89 mm olan orta təzyiqli qaz xətləri mənbəyə birləşdiriləcək.

Xeberpress.az bildirir ki, "Azəriqaz" İstehalat Birliyindən verilən məlumata görə, bununla bağlı olaraq səhər saat 09:00-dan etibarən Şəki şəhərində bir qrup abonentin qaz təchizatında fasilələr olacaq.

Şamaxı rayonununda isə Çuxuryurd kəndini qazla təmin edən orta təzyiqli qaz xəttində təmir işləri planlaşdırılır. Bu zaman saat 10:00-dan işlər başa çatanadək rayonun bir neçə kəndində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla