Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşü keçirilir

09:25, 23.10.19
azerbaycan, siyaset
Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşü keçirilir

Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin (XİN) görüşü keçirilir.

XİN rəhbərlərinin görüşü Qoşulmama Hərəkatına üzv ölkə rəhbərlərinin XVIII Sammiti ərəfəsində 2 gün - 23-24 oktyabrda baş tutacaq.

21-22 oktyabr tarixlərində isə iştirakçı ölkələrin məsul şəxslərinin hazırlıq görüşü keçirilib.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla