Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Ermənistanın baş naziri verdiyi əsassız bəyanatlarla nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrini qəbul etmir

13:21, 16.10.19
azerbaycan, siyaset
Ermənistanın baş naziri verdiyi əsassız bəyanatlarla nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrini qəbul etmir

Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib.

Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyasında Ermənistan parlamentinin sədri Ararat Mirzoyan çıxış edərək beynəlxalq hüququnun prinsiplərindən söz açaraq, bütün dövlətləri Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində əks olunmuş müddəalara hörmətlə yanaşılmasına çağırıb, gülünc və əsassız səbəblər gətirməklə Türkiyənin bu günlərdə terrorçulara qarşı həyata keçirilən “Sülh çeşməsi” əməliyyatının dayandırılmasını tələb etmək üçün parlamentarilərə müraciət edib.

Bir qədər sonra tədbirdə söz almış Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov Ermənistanın parlament sədrinin çıxışına münasibət bildirərək, Ermənistanın beynəlxalq hüququ və onun universal prinsiplərinin ən kobud şəkildə pozan dövlət olduğunu, Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin bu ölkə tərəfindən 25 ildən artıq müddət ərzində icra olunmadığını qeyd edib.

A.Mirzoyanın BMT-nin Nizamnaməsinə hörmətlə yanaşılması çağırışına gəldikdə isə, deputatımız Ermənistanın parlament sədrinə Nizamnamənin 25-ci bəndində təşkilatın üzvlərinin Təhlükəsizlik Şurasının qərarlarına tabe olması və onların yerinə yetirilməsi öhdəliyinin nəzərdə tutulduğunu xatırladıb və ona bu çağırışın, ilk növbədə, öz ölkəsinə ünvanlanmasını tövsiyə edib.

Eyni zamanda Kamran Bayramov bildirib ki, Ermənistanın baş nazirinin bir müddət öncə Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı verdiyi əsassız bəyanatlar bu işğalçı dövlətin beynəlxalq hüquqa məhəl qoymadığını, BMT kimi nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrin ümumiyyətlə qəbul etmədiyini göstərir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla