Valyuta məzənnəsi
Xəbər lentİ

Yağan yağışlar evləri su basması ilə nəticələnib

11:55, 27.10.16
azerbaycan, cemiyyet
Yağan yağışlar evləri su basması ilə nəticələnib

Ötən gün yağan yağış bəzi yerlərdə evlərin və həyətyanı ərazilərin su basması ilə nəticələnib. Hətta elə yerlər var ki, sakinlərin evlərinə getməsi qeyri-mümkün olub.

Ətraf ərazilər suyun içərisindədir. Bəzi evlərdə yaşamaq mümkün olmadığından sakinlər evləri tərk ediblər.

Xeberpress.az xəzərxəbər-ə istinadən bildirir ki, əksər yerlərdə isə, sakinlər bu üsülla evə getmək məcburiyyətində qalırlar.

Yağışın yağması və üstəlik də ərazidə kanalizasiya sisteminin olmaması bir neçə yaşayış məntəqəsində problemlər yaradıb. Sabunçu rayonu Ramana və Abşeron rayonu Yeni Saray qəsəbəsində yaşayan sakinlərin evlərini su basıb. Görüntülər Ramana qəsəbəsində lentə alınıb.

Hətta bəzi yerlərdə sakinlər evlərinə girə bilmədikləri üçün müvəqqəti olaraq qohumlarının evlərinə gediblər.

Abşeron rayonu Yeni Saray qəsəbəsində isə təxminən 100-dən çox evdə eyni problem yaşanır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla