Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Özbəkistan Prezidenti Azərbaycanda səfərdə

14:34, 14.10.19
azerbaycan, siyaset
Özbəkistan Prezidenti Azərbaycanda səfərdə

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla