Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri görüşdü - FOTO

14:13, 14.10.19
azerbaycan, siyaset
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri görüşdü - FOTO

Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü olub

Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Xeberpress.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın regional və qlobal sabitlik, həmçinin təhlükəsizliyin təşviqi baxımından vacibliyini qeyd ediblər.

Tərəflər hər iki ölkənin iştirakı ilə həyata keçirilən mühüm layihələr ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycanın və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrin Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağını xüsusilə qeyd ediblər.

Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyət, habelə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər barəsində geniş müzakirələr aparılıb və hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün yeritdiyi siyasətin vacibliyi vurğulanıb.

Görüşdə TDƏŞ və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri görüşdü - FOTO
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri görüşdü - FOTO

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla