Valyuta məzənnəsi
Xəbər lentİ
 13:25  Sabahın HAVASI

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edəcək

12:25, 14.10.19
azerbaycan, siyaset
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edəcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Azərbaycana keçir.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Şuranın xarici işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında bildirilib.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla