Valyuta məzənnəsi
Xəbər lentİ
 13:01  Sabahın HAVASI

“Binə” ticarət mərkəzindəki yanğınla bağlı 4 nəfər müraciət edib - Nazirlik

10:35, 08.10.19
azerbaycan, hadise
“Binə” ticarət mərkəzindəki yanğınla bağlı 4 nəfər müraciət edib - Nazirlik

“Binə” ticarət mərkəzindəki yanğınla bağlı 4 nəfər müraciət edib.

“Binə” ticarət mərkəzində baş verən yanğında 4 nəfər tüstüdən boğulma ehtimalı ilə təcili tibbi yardım briqadasına müraciət edib.

Xeberpress.az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın baş verməsi barədə məlumat təcili tibbi yardıma müraciət saat 01:10-da daxil olub: “Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb”.

Qeyd edək ki, bu gün saat 00:41-də "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, “Binə” bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla