Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

ABŞ-ın Azərbaycandakı səfiri Qobustan Qoruğunda

10:46, 07.10.19
azerbaycan, medeniyyet
ABŞ-ın Azərbaycandakı səfiri Qobustan Qoruğunda

ABŞ-ın Azərbaycandakı səfiri Qobustan Qoruğunda olub.

Oktyabrın 6-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

Xeberpress.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyindən bildirilib ki, səfir əvvəlcə qoruq ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb. Qonağa Qobustan abidələri, aparılan arxeoloji tədqiqatlar haqqında məlumat verilib. Bildirilib ki, Qobustan qayaüstü təsvirləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində 6 mindən çox qayaüstü təsvirin, 20 mağara və yaşayış yerinin, 40 kurqanın aşkar edilib öyrənildiyini səfirin diqqətinə çatdıran qoruğun direktoru Vüqar İsayev Qobustanın 2007-ci ildə UNESKO- nun Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib. Qeyd edib ki, nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Qobustanı heyrətamiz mədəni irs bölgəsi adlandıran diplomat, qədim incəsənəti görməkdən və buranı ziyarət etməkdən məmnunluğunu ifadə edib. Buradakı abidələrin insanlığın qoyub getdiyi universal bir tarix olduğunu və Azərbaycanın yer üzərində bəşəriyyətin belə vacib bir hissəsi olması ilə mükafatlandırıldığını vurğulayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla