Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

Cəbhədə düşmənin diversiya qruplarının təxribatının qarşısı alınıb

11:18, 02.10.19
azerbaycan, bolge
Cəbhədə düşmənin diversiya qruplarının təxribatının qarşısı alınıb

Cəbhədə düşmənin diversiya qruplarının təxribatının qarşısı alınıb.

2019-cu ilin 01 oktyabr tarixində saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən ərazimizə doğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qarşısı alınıb.

Xeberpress.az bildirir ki, Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, həmin tarixdə sərhəd döyüş məntəqələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla