Valyuta məzənnəsi
Xəbər lentİ

ADA Universitetində dövlət qulluqçuları üçün təlim

10:56, 30.09.19
azerbaycan, cemiyyet
ADA Universitetində dövlət qulluqçuları üçün təlim

ADA Universitetində dövlət qulluqçuları üçün təlim başlayıb.

ADA Universitetində fəaliyyət göstərən Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi İtaliyanın Berqamo Universiteti ilə birgə dövlət qulluqçuları üçün üçhəftəlik peşəkar təlimlərə start verib.

Təlim proqramı sentyabrın 30-dan oktyabrın 18-dək davam edəcək.

“Terrorizm və onunla mübarizə” mövzusunu əhatə edən təlimin əsas məqsədi müvafiq sahədə çalışan dövlət qulluqçularının müasir terror təhdidləri, onun növləri və qaynaqları, ona qarşı mübarizə yolları haqqında bilikləri təkmilləşdirmək, müvafiq xarici təcrübəni araşdırmaqdır.

Peşəkar təlim proqramı ADA Universiteti, İtaliyanın Berqamo Universiteti və Əlcəzairin Setif 2 Universiteti ilə birgə “PraNet” beynəlxalq layihəsi çərçivəsində həyata keçirilir. Layihə universitetlərarası şəbəkələrin yaradılması və genişlənməsini, peşəkar təlim proqramlarını və tələbə mübadiləsini dəstəkləyir.

Xatırladaq ki, Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi ADA Universitetində 2013-cü ildən etibarən fəaliyyət göstərir. Mərkəz ölkə ictimaiyyətinin Avropa İttifaqı haqqında biliklərini təkmilləşdirmək məqsədilə dövlət qulluqçuları, tələbələr, şagirdlər də daxil olmaqla, ictimai qruplar üçün təhsil və təlim kursları həyata keçirir. Dövlət strukturlarının təlim ehtiyaclarından asılı olaraq bu kurslar Avropa İttifaqı ilə bağlı siyasi, iqtisadi biliklər, enerji, ətraf mühit qanunvericiliyi, informasiya texnologiyaları və media, insan hüquqları, miqrasiya və təhlükəsizlik mövzularını əhatə edir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla