Valyuta məzənnəsi
Xəbər lentİ

Rusiya Prezidentinin mobil telefonu Türkiyədə satışa çıxır.

11:45, 15.12.15
azerbaycan, texnologiya
Rusiya Prezidentinin mobil telefonu Türkiyədə satışa çıxır.

Rusiya istehsalı olan mobil telefon Türkiyədə satışa çıxır. xeberpress.az-In Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Vladimir Putinin iki ekranlı telefonu iki ölkə arasındakı təyyarə gərginliyinə baxmayaraq türk bazarına daxil olacaq.

Putinin qərbin sanksiyaları ilə üzləşdikdən sonra daima əlində daşıdığı və təqdimatını etdiyi ağıllı telefon "YotaPhone 2" iki ölkə arasındakı gərginliyə baxmayaraq bazara çıxıb.

İki ekranı olan yeni mobil telefon Rusiyanın qüruru kimi təqdim edilir. Onun bir ekranı normal telefon funksiyalarının icrası, digəri isə e-kitab oxuyucusu kimi istifadə edilir.
Cihaz 3 gün enerjisini saxlaya bilir.

Android sistemli "YotaPhone 2"nin daha bir özəlliyi isə bir ekranının hər zaman açıq olmasıdır. Buna baxmayaraq telefon çox az enerji istifadə edir.

"YotaPhone 2"nin texniki özəllikləri belədir:
8 mp kamera
5 inç ekran
4.7 inç e-mürəkkəb ekran
Android 5.0
2.2 GHz
2 GB Ram
32 GB daxili yaddaş
3 gün batareya ömrü
145 qram çəki

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla