Valyuta məzənnəsi

Elmar Məmmədyarov Marşal Adalarının naziri ilə görüşüb

09:37, 25.09.19
azerbaycan, siyaset
Elmar Məmmədyarov Marşal Adalarının naziri ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Marşal Adalarından olan həmkarı ilə görüşüb.

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Marşal Adaları Respublikasının Xarici İşlər və Ticarət Naziri Con Silk ilə görüşdü.

Xeberpress.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, Nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi apardılar və ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar.

Tərəflər, Azərbaycan və Marşal Adaları arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə məlumat mübadiləsi keçirildi.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla