Valyuta məzənnəsi
Xəbər lentİ

Əziz neftçilər, biz sizinlə, peşə uğurlarınızla fəxr edirik - Mehriban Əliyeva

12:57, 20.09.19
azerbaycan, siyaset
Əziz neftçilər, biz sizinlə, peşə uğurlarınızla fəxr edirik - Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib.

Birinci vitse-prezidentin paylaşımında deyilir: “Əziz dostlar, iyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan "Əsrin müqaviləsi" imzalanıb.

Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla