Valyuta məzənnəsi
Xəbər lentİ

Bu rayonlara təbii qaz verilməyəcək

10:44, 18.09.19
azerbaycan, bolge
Bu rayonlara təbii qaz verilməyəcək

Bəzi rayonlara təbii qaz fasilələrlə veriləcək

Ələt-Astara avtomobil yolunun kəsişmə nöqtələrində qaz xəttinin yeni çəkilmiş hissələrinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sentyabrın 18-də saat 09:00-dan 18:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. Bundan başqa, bir sıra təmir işləri ilə bağlı saat 10:00-dan Xırdalan şəhərində, kanalizasiya kollektorunun çökməsi ilə bağlı təhlükəsiz əraziyə köçürülmüş qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədilə Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov və M.Davud küçələrində də qaz fasilələrlə veriləcək.

Xeberpress.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla