Valyuta məzənnəsi
Xəbər lentİ

Mövsüm bizim üçün asan olmayacaq - Qurban Qurbanov

10:35, 16.09.19
azerbaycan, idman
Mövsüm bizim üçün asan olmayacaq - Qurban Qurbanov

Qurban Qurbanov: Çətin və vacib qələbə qazandıq.

Futbolçularımı təbrik edirəm. Çətin və vacib qələbə qazandıq. Uzun fasilədən sonra istər-istəməz oyunun ritmi itir. Amma nə qədər çətin olsa da, futbolçular sona kimi mübarizə apara bildilər. “Neftçi”yə də uğur arzulayıram.

Bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında dördüncü turunda “Neftçi”yə (2:0) qalib gəldikləri görüşdən sonra təşkil olunmuş mətbuat konfransında səsləndirib.

Təcrübəli məşqçi deyib: “Bəzi futbolçularımızın oyun ritmindən düşdüyünü qeyd etdim. Yorğunluq başladıqca top itkiləri yarandı. Bu gün “Neftçi” bağışladı, amma “Sevilya” belə səhvləri bağışlamayacaq. Top bizdə az ola bilər, çalışmalyıq ki, həmin anlarda səhvsiz oynayaq. “Neftçi” yaxşı pressinq edirdi. Bu amil də var. Hər bir halda, daha səliqəli oynamağa çalışmalıyıq. Mövsüm bizim üçün asan olmayacaq. Futbol elə oyundur ki, bu fikirlə yanaşsaq, qələbə qazana bilmərik. Hər oyuna daha ciddi yanaşmalıyıq. Xoş haldır ki, “Neftçi” ilə xal fərqi çoxdur. Ancaq bu, heç nə demək deyil. Qarşıda çox oyun var. İndidən çempionluğu düşünsək, bu bizim xeyrimizə olmaz”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla