Valyuta məzənnəsi
Xəbər lentİ

Türkiyədə terror aktı törədilib - 4 nəfər həlak olub, 13 nəfər yaralanıb

09:45, 13.09.19
azerbaycan, dunya
Türkiyədə terror aktı törədilib - 4 nəfər həlak olub, 13 nəfər yaralanıb

Türkiyədə terror aktı törədilib.

Türkiyənin Diyarbəkir şəhərinin Kulp rayonunda terror aktı törədilib. Kəndliləri odun toplamağa aparan maşın PKK terror təşkilatının üzvləri tərəfindən partladılıb.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Bu barədə Diyarbəkir valiliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Kulp rayonunda odun toplamağa gedən kəndlilərin olduğu maşına PKK-lı terrorçular tərəfindən əllə hazırlanmış partlayıcı vasitə ilə hücum edilib. Hadisə nəticəsində vətəndaşlardan 4-ü həlak olub, 13-ü isə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Diyarbəkirin müxtəlif xəstəxanalarına yerləşdirilib. Ölkənin mühafizə orqanları tərəfindən lazımi tədbirlər görülür.

Türkiyənin Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın hadisə ilə bağlı Diyarbəkir valisi Hasan Basri Güzeloğlu ilə telefon danışığı olub. Türkiyə Prezidenti terror hadisəsini törədən cinayətkarların saxlanılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla