Valyuta məzənnəsi
Xəbər lentİ

Mahir Emrelinin evini qarət edənlərin kimliyi məlum oldu

16:27, 12.09.19
azerbaycan, maqazin
Mahir Emrelinin evini qarət edənlərin kimliyi məlum oldu

Mahir Emrelinin evini qarət edənlərin kimliyi bəlli oldu.

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.

Xeberpress.az "Report"a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, iki nəfər gənc Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib və onların ətrafında tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həmin şəxslərin adları istintaq sirri olduğundan açıqlanmır.

Qeyd edək ki, M.Emrelinin Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla