Valyuta məzənnəsi
Xəbər lentİ

Siqaret qutusundan psixotrop maddə tapıldı

15:41, 12.09.19
azerbaycan, hadise
Siqaret qutusundan psixotrop maddə tapıldı

Siqaret qutusundan psixotrop maddə aşkarlanıb.

Xeberpress.info-nun məlum atına görə, Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində yoxlama aparılıb. Nəticədə ona məxsus 1 ədəd “Kent” markalı siqaret qutusunun içərisindən 4 ədəd bükümdə, çəkisi 0,802 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır. xeberpress.az

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla