Valyuta məzənnəsi
Xəbər lentİ

Bütün bunlar sülh danışıqlarına fayda verməyəcək - Türkiyə XİN

15:55, 11.09.19
azerbaycan, siyaset
Bütün bunlar sülh danışıqlarına fayda verməyəcək - Türkiyə XİN

Türkiyə XİN: Ermənistanın status-kvonu saxlamaq cəhdləri qəbul edilməzdir.

Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və onun ətraf bölgələrini işğalda saxlaması Cənubi Qafqazda regional sabitliyin və inkişafın qarşısını alan ən böyük çətinlikdir.

Xeberpress.az-ın məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirlindən AZƏRTAC-a verilən açıqlamada bildirilir ki, Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüquq və BMT-nin qətnamələri çərçivəsində, sülh şəraitində və ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində həll edilməsini dəstəkləyir.

Türkiyə tərəfi Ermənistanın qanunsuz olaraq işğal etdiyi Dağlıq Qarabağ bölgəsində 2019-cu ilin 8 sentyabr tarixində keçirilən “yerli özünüidarəetmə seçkilərini” tanımır. Ermənistanın beynəlxalq hüquqa zidd olan status-kvonu saxlamaq cəhdləri keçmişdə olduğu kimi, bu gün də qəbul edilməzdir və bütün bunların sülh danışıqlarına fayda verməyəcəyini açıq şəkildə ifadə edirik.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla