Valyuta məzənnəsi
Xəbər lentİ

Gənclərin təhsilinin artırılması imkanlarının genişləndirilməsi əsas amildir - Yusuf Məmmədəliyev - FOTO

09:27, 11.09.19
azerbaycan, siyaset
Gənclərin təhsilinin artırılması imkanlarının genişləndirilməsi əsas amildir - Yusuf Məmmədəliyev - FOTO

6 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qaliblərinin iştirakı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin görüşü keçirilib.

Ölkə prezidentinin təhsilə böyük qayğı göstərdiyini deyən Y.Məmmədəliyev qeyd edib ki, dövlət başçısının təşəbbüskarı olduğu insan kapitalınını inkişafı konsepsiyasına uyğun olaraq, gənclərin hərtərəfli inkişafı məqsədilə həyata keçirilən dövlət proqramları çərçivəsində gənclərin təhsilinin artırılması imkanlarının genişləndirilməsi əsas yer tutur.
Ölkəmizdə gənclərin sağlam, təhsilli, bilikli və bacarıqlı yetişmələri, onların peşəkarlıqlarının artırılması, sosial problemlərinin həlli istiqamətində mühüm işlər görülür. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti ölkəmizdə gəncliyin inkişafına təkan verməkdədir.

Gənclərin təhsilinin artırılması imkanlarının genişləndirilməsi əsas amildir - Yusuf Məmmədəliyev - FOTO
Gənclərin təhsilinin artırılması imkanlarının genişləndirilməsi əsas amildir - Yusuf Məmmədəliyev - FOTO
Gənclərin təhsilinin artırılması imkanlarının genişləndirilməsi əsas amildir - Yusuf Məmmədəliyev - FOTO

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla