Valyuta məzənnəsi
Xəbər lentİ

Ramil Quliyev Avropa və ABŞ yığmaları arasında keçirilən atletika yarışlarında qalib olub

09:10, 11.09.19
azerbaycan, idman
Ramil Quliyev Avropa və ABŞ yığmaları arasında keçirilən atletika yarışlarında qalib olub

Ramil Quliyev Avropa və ABŞ yığmaları arasında keçirilən atletika yarışlarında birinci olub.

Sentyabrın 10-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında keçirilən yarışlarda Türkiyə yığmasının azərbaycanlı atleti, dünya və Avropa çempionu Ramil Quliyev 200 metr məsafəyə qaçış yarışı üzrə birinci olub.

Xeberpress.az xəbər verir ki, Türkiyə təmsilçisi 20,16 saniyə nəticə göstərərək yarışda bütün rəqiblərini qabaqlayıb.

Atletika yarışları “Dinamo” Milli Olimpiya Stadionunda keçirilib. Görüşdə 300 idmançı 30-dan çox idman növü üzrə mübarizə aparıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla