Valyuta məzənnəsi
Xəbər lentİ

İşğal altında olan rayonlara aid məktəblərin məzunları Prezident təqaüdü alacaqlar

15:11, 10.09.19
azerbaycan, medeniyyet
İşğal altında olan rayonlara aid məktəblərin məzunları Prezident təqaüdü alacaqlar

İşğal altında olan rayonlara aid məktəblərin məzunları Prezident təqaüdü alacaqlar.

Prezident təqaüdçülərindən 47-si Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Sumqayıtda yerləşən məktəblərin məzunlarından 8, Abşeron, Biləsuvar, Naxçıvanda yerləşən məktəblərin hər birindən 4 nəfər olmaqla bilik öncüllərini siyahıda görmək olar. Ümumilikdə 5 nəfər isə işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır.
Xeberpress.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlumata görə, təqaüdçülərin demək olar ki, yarısı regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 8 nəfər kənd məktəblərinin məzunudur), 1 nəfər internat tipli məktəbdən, 5 nəfər bir valideyni olmayan ailədən, eləcə də hərbçi, həkim, müəllim, aşpaz, balıqçı, satıcı və s. ailələrdən olan məzunlardır. Siyahıda olan 30 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.

Ayrıca məktəblərə gəldikdə isə Bakı Türk liseyinin (Türkiyə Dəyanət Vəqfi) 6, akademik Zərifə Əliyeva adına liseyin 5, Biləsuvar rayonu M.İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin 4, Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin 4, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 3 məzunu Prezident təqaüdçüləri siyahısındadır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla