Valyuta məzənnəsi
Xəbər lentİ

NRYTN-in Hərbiləşdirilmiş Mühafizə İdarəsi fəaliyyətinin 22-ci ilini qeyd edir

16:43, 09.09.19
azerbaycan, iqtisadiyyat
NRYTN-in Hərbiləşdirilmiş Mühafizə İdarəsi fəaliyyətinin 22-ci ilini qeyd edir

NRYTN-in Hərbiləşdirilmiş Mühafizə İdarəsi fəaliyyətinin 22-ci ilini qeyd edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Hərbiləşdirilmiş Mühafizə İdarəsinin yaradılmasından 22 il ötür.

Xeberpress.az xəbər verir ki, Hərbiləşdirilmiş Mühafizə İdarəsi 9 sentyabr 1997-ci il tarixində rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi məqsədilə yaradılıb. İdarə 13 mart 2015-ci il tarixindən Məhdud Məsuliyyətli Cəmiyyət kimi fəaliyyət göstərir.

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC NRYTN-in strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların, başqa rabitə və qeyri-rabitə obyektlərinin mühafizəsini, obyektlərə nəzarət-buraxılış rejiminə və yanğın təhlükəsizliyinə nəzarəti təmin edir.

HMİ-nin şəxsi heyətinin 80 faizi gənclərdən ibarətdir. İdarənin yetişdirdiyi gənc mühafizəçilər idmanın müxtəlif növləri üzrə ümumrespublika, Avropa və dünya çempionatlarında layiqli qələbələr qazanıblar.

Qeyd edək ki, Hərbiləşdirilmiş Mühafizə İdarəsinin yaradılmasının 22 illiyi münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq əmri ilə bu sahənin inkişafında böyük əməyi olan və fərqlənən işçilər fəxri adlara layiq görülüb və mükafatlandırılıblar. Cəfərov Hikmət Məmmədəli oğlu və Əliyev Əbülfəz Cəlal oğlu Fəxri Fərmanla təltif olunub. Cəfərov Azər Əlikişi oğlu və Bayramov Adil Qılıncxan oğluna rabitə daxili xidməti polkovniki, Əhmədov Hətəm Qismət oğluna isə daxili xidməti polkovnik-leytenantı rütbələri verilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla