Valyuta məzənnəsi
Xəbər lentİ

Dövlət İmtahan Mərkəzi əlavə imtahan keçirdi

10:49, 09.09.19
azerbaycan, medeniyyet
Dövlət İmtahan Mərkəzi əlavə imtahan keçirdi

DİM əlavə imtahan keçirib.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib.

Xeberpress.az-ın məlumatına görə, DİM-dən bildirilib ki, buraxılış imtahanları Bakı və Gəncə şəhərlərində təşkil olunub. İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 668, II mərhələsi üzrə 443, XI sinif üzrə 120, Azərbaycan dilindən fərqli bölmə üzrə təhsil alan və Azərbaycan dili imtahanı verməli olan 58 şagirdin iştirakı gözlənilirdi.

İmtahan nəticələri yaxın 3-4 gün ərzində elan olunacaq. İmtahanların idarə olunması üçün 12 imtahan rəhbəri, 97 nəzarətçi-müəllim ayrılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla