Valyuta məzənnəsi
Xəbər lentİ
 16:43  Sabahın HAVASI
 15:46  Sabahın HAVASI

Bakı Şəhər Baş Polis İdarəsinin Aşura mərasimləri ilə bağlı MƏLUMATI

10:21, 09.09.19
azerbaycan, cemiyyet
Bakı Şəhər Baş Polis İdarəsinin Aşura mərasimləri ilə bağlı MƏLUMATI

Bakı Şəhər Baş Polis İdarəsi Aşura mərasimləri ilə əlaqədar məlumat yayıb.

Xeberpress.az bildirir ki, İdarənin Mətbuat Xidmətindən verilən məlumata görə, Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq.

Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla