Valyuta məzənnəsi
Xəbər lentİ

Nazir Ramin Quluzadə Zaqatalada vətəndaşları qəbul edib - FOTO

15:44, 06.09.19
azerbaycan, bolge
Nazir Ramin Quluzadə Zaqatalada vətəndaşları qəbul edib - FOTO

Nazir Ramin Quluzadə Zaqatalada, nazirin birinci müavini Qaxda vətəndaşları qəbul edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib.

Xeberpress.az bildirir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin avqust ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Zaqatala şəhərində, nazirin birinci müavini Əli Abdullayev Qaxda vətəndaşlarla görüşüb.

Nazirin qəbulunda Zaqatala və Balakən rayonları, nazirin birinci müavininin qəbulunda Qax sakinlərinin müraciətlərinə baxılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı vətəndaşları dinləyib.

Bir sıra vətəndaş müraciətləri yerindəcə öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.

Nazir Ramin Quluzadə Zaqatalada vətəndaşları qəbul edib - FOTO
Nazir Ramin Quluzadə Zaqatalada vətəndaşları qəbul edib - FOTO
Nazir Ramin Quluzadə Zaqatalada vətəndaşları qəbul edib - FOTO
Nazir Ramin Quluzadə Zaqatalada vətəndaşları qəbul edib - FOTO
Nazir Ramin Quluzadə Zaqatalada vətəndaşları qəbul edib - FOTO
Nazir Ramin Quluzadə Zaqatalada vətəndaşları qəbul edib - FOTO

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla