Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi yekunlaşdı

15:12, 06.09.19
azerbaycan, siyaset
Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi yekunlaşdı

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi başa çatıb.

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimlərinin bağlanış mərasimi keçirilib.

Xeberpress.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Tədbirdə “Eternity - 2019” kompüter dəstəkli komanda-qərargah təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib.

Qonaqlar təlimin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda hər üç ölkə nümayəndələri bir-birlərinə hədiyyələr təqdim ediblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla