Valyuta məzənnəsi
Xəbər lentİ

Satqın və xəyanətkarın milliyəti olmur - Eldəniz Səlimov

11:56, 06.09.19
azerbaycan, siyaset
Satqın və xəyanətkarın milliyəti olmur - Eldəniz Səlimov

Satqın və xəyanətkarın milliyəti olmur.

“Son vaxtlar AXCP sədri Əli Kərimli gündəlikdə qalmaq üçün hər cür çirkin əməllərə əl atır. Bu insanın özülü yalan, şər və böhtan əsasında qurulub. İndi də sosial şəbəkələrdə saxta profillər açdırmaqla guya ki, bunun ətrafında xeyli izləyiciləri var”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, əslində isə reallıq onu göstərir ki, həqiqət tamam başqa cürdür. Necə ki, AXC-Müsavat cütlüyü vaxtilə qanunsuz hakimiyyətə yiyələniblər bu gün də həmin ssenari ilə müxtəlif şayələr şər və böhtanlar yaymaqla yenidən gündəmə gəlmək istəyirlər.

“Əli Kərimli əqidəsi zəif olan bir qrup gənci öz ətrafına yığmaqla cinayət xarakterli müxtəif işlərə qoşularaq onların həbs olmasına nail olur. Sonra isə bunların düşdüyü vəziyyətdən özünə siyasi divident qazanmaq üçün siyasi oyunlara girişir. Radikal müxalifət düşərgəsində liderlik mübarizəsi Əli Kərimli tərəfindən məharətlə həyata keçirilir. Ona görə də radikal müxalifət heç vaxt bir yerdə ola bilməz. Əli Kərimlinin əsas məqsədi satqınlıq və xəyanət hesabına aldığı qrantların davamlı olmasını təmin etməkdən ibarətdir. Satqın və xəyanətkarın milliyəti olmur”-deyə, deputat qeyd edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla