Valyuta məzənnəsi

Nazirlik 200-dən çox vakant yer üzrə işə qəbul elan edib

09:55, 06.09.19
azerbaycan, cemiyyet
Nazirlik 200-dən çox vakant yer üzrə işə qəbul elan edib

Kənd Təsərrüfatı Nazirliyi 200-dən çox vakant yer üzrə işə qəbul elan edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer üzrə işə qəbul elan edilib.

Xeberpress.az bildirir ki, nazirliyin saytında yerləşdirilən elana əsasən, aqronom, baytar həkimi, baytar feldşeri, laborant və traktorçu vakant yerləri üzrə işçiyə ehtiyac var. Bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə müraciət edə bilərlər.

Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat intervalında dəyişir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla