Valyuta məzənnəsi
Xəbər lentİ

Ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb

10:58, 05.09.19
azerbaycan, bolge
Ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb

Qusar rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, fakta görə Qusar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, sentyabrın 4-də Qusar-Xudat avtomobil yolunun Bədirqala kəndindən keçən hissəsində rayon sakini, Cəbrayılov Zeynulla Vəliyulla oğlu idarə etdiyi "Mercedes-190" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - 1980-cı il təvəllüdlü Babayeva Pərvanə Manpasa qızı, 1999-cu il təvəllüdlü Sevzixanova Alina Albertovna, 1991-ci il təvəllüqdlü Babayeva Gülmirə Hacı qızı və 1990-cı il təvəllüdlü Qurbanova Nina Cahangir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. N.Qurbanova aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla