Valyuta məzənnəsi
Xəbər lentİ

Macarıstan Prezidenti Gürcüstanda rəsmi səfərdə

09:55, 05.09.19
azerbaycan, dunya
Macarıstan Prezidenti Gürcüstanda rəsmi səfərdə

Macarıstan Prezidentinin Gürcüstana rəsmi səfəri başlayıb.

Macarıstan Prezidenti Yanoş Ader Gürcüstana rəsmi səfərə gəlib.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Macarıstanın dövlət başçısı Gürcüstanda bir sıra rəsmi görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli münasibətlər, regional münaqişələr və təhlükəsizlik, eləcə də bölgədə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri diqqət mərkəzində olacaq.

Gürcüstan Xarici İşlər nazirinin müavini Aleksand Xatisiaşvili jurnalistlərə bildirib ki, bu, Macarıstan Prezidentinin Tbilisiyə ilk səfəridir.

Onun sözlərinə görə, Yanoş Ader Gürcüstanın Tsixinvali və Cənubi Osetiyaya yaxın bölgələrində də olacaq, Avropa Komissiyasının, Avropa İttifaqının və digər beynəlxalq təşkilatların Tbilisidəki nümayəndəliklərinin rəhbərləri ilə görüşəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla