Valyuta məzənnəsi
Xəbər lentİ

Bu ərazilərdə qaz olmayacaq

10:22, 04.09.19
azerbaycan, bolge
Bu ərazilərdə qaz olmayacaq

Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək ölkənin bir neçə yerində qaz təchizatında dayandırmalar tətbiq olunacaq.

Xeberpress.az bildirir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, mövsümi işlərin icra olunması ilə bağlı Beyləqan rayonunun bir neçə kənd və qəsəbəsində, qaz xətlərində birləşdirmə işlərinin görülməsi ilə bağlı Abşeron rayonunun Müşfiqabad və 28 May qəsəbələrində, Qaz İxrac İdarəsinin ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədar Hacıqabul və Şirvan rayonlarının bir qrup abonentinin qaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa saat 10:00-dan etibarən sentyabrın 5-dək Qaz İxrac İdarəsinin həyata keçirdiyi yenidənqurma işləri ilə bağlı Ağstafa rayonunun bir neçə yaşayış məntəqəsində də qaz olmayacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla