Valyuta məzənnəsi
Xəbər lentİ

Gimnastımız Gövhər İbrahimova qızıl medal qazanıb - 26-cı Azərbaycan çempionatı davam edir

15:24, 30.08.19
azerbaycan, idman
Gimnastımız Gövhər İbrahimova qızıl medal qazanıb - 26-cı Azərbaycan çempionatı davam edir

Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı davam edir.

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatı davam edir.

Yarışda fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparırlar. İştirakçılar arasında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alıblar.

Turnirin ikinci günündə 2007-2008-ci il təvəllüdlü gimnastlar alətsiz, ip, halqa, 2004-2006-cı təvəllüdlü idmançılar isə ip, top, gürzlər və lentlə yarışırlar. 2003-cü il və daha böyük gimnastlar ip, top, gürzlər və lentlə güclərini sınayırlar.

Yarışın birinci günündə 2009-cu il təvəllüdlü gimnastların çoxnövçülük yarışlarında Gövhər İbrahimova qızıl medal qazanıb. Sofiya Məmmədova yarışı ikinci, Səkinəxanım İsmayılzadə isə üçüncü pillədə başa vurublar. 2010-cu il təvəllüdlü idmançıların mübarizəsində Təzəgül Yaqubova, Nəzrin Salmanlı və Nilufər Oruclu ilk üç pillədə yer alıblar. Azadə Atakişiyeva 2011-ci il təvəllüdlü gimnastların mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lalə Əzizzadə gümüş, Yelezaveta Yefremova isə bürünc medala sahib olublar.

Üç gün davam edəcək turnirdə 100-dən çox gimnast birincilik uğrunda mübarizə aparır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla