Valyuta məzənnəsi
Xəbər lentİ

Ukrayna Ali Radası xalq deputatlarının toxunulmazlığının ləğv edilməsi haqqında qanun layihəsini dəstəkləyib

12:44, 30.08.19
azerbaycan, dunya
Ukrayna Ali Radası xalq deputatlarının toxunulmazlığının ləğv edilməsi haqqında qanun layihəsini dəstəkləyib

Ukrayna Ali Radası deputatların toxunulmazlığının ləğv edilməsini bəyənib

Doqquzuncu çağırış Ukrayna Ali Radası xalq deputatlarının toxunulmazlığının ləğv edilməsi haqqında qanun layihəsini dəstəkləyib.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihədə Ukrayna Konstitusiyasının 80-ci maddəsindən iki abzası çıxarmaq təklif olunub. Həmin abzaslarda deyilir ki, deputatların toxunulmazlığına zəmanət verilir və Ali Radanın razılığı olmadan onları cinayət məsuliyyətinə cəlb etmək olmaz. Qanun layihəsinin lehinə 363 deputat səs verib, əleyhinə səs qeydə alınmayıb, bir nəfər bitərəf qalıb, 29 nəfər səs verməyib.

Əgər qanun qəbul edilsə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək və deputatların toxunulmazlığı ləğv olunacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla