Valyuta məzənnəsi
Xəbər lentİ

Ukrayna parlamentinin yeni sədri

17:27, 29.08.19
azerbaycan, dunya
Ukrayna parlamentinin yeni sədri

Ukrayna parlamentinə yeni sədr seçilib

Ukraynanın Ali Radasının yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin sədri seçilib.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Dmitri Razumkov böyük səs çoxluğu ilə Ukrayna parlamentinin sədri seçilib.

D.Razumkov səsvermədən öncə çıxış edərək bildirib ki, Ukraynada korrupsiyaya, inhisarçılığa qarşı mübarizə, sosial vəziyyətin yaxşılaşdırılması, vətəndaşların hüquqlarının qorunması istiqamətində fəaliyyət gücləndiriləcək. Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi üçün mübarizə davam etdiriləcək. Sonra D.Razumkov deputatların suallarını cavablandırıb.

Qeyd edək ki, 35 yaşlı D.Razumkov hakim “Xalqın xidmətçisi” partiyasından deputat seçilib. O, Prezident Vladimir Zelenskinin seçki kampaniyasının rəhbərlərindən biri olub. İxtisasca iqtisadçıdır. Taras Şevçenko adına Kiyev Milli Universitetini bitirib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla