Valyuta məzənnəsi
Xəbər lentİ

Nazirliyin boğulma xəsarətləri ilə xəstəxanaya çatdırılan hamilə qadının vəziyyəti barədə məlumatı

15:22, 26.08.19
azerbaycan, hadise
Nazirliyin boğulma xəsarətləri ilə xəstəxanaya çatdırılan hamilə qadının vəziyyəti barədə məlumatı

Səhiyyə Nazirliyi Qax rayonunun Turaclı kəndində boğulma xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hamilə qadının vəziyyəti barədə məlumat yayıb.

Xeberpress.az bildirir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müraciət edən xəstənin başının müxtəlif nahiyələrində travmalar, boğazında boğulma izləri olub və xəstənin huşu özündə olmayıb.

Müayinə zamanı qadının 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu özünə qayıdıb.

Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla