Valyuta məzənnəsi
Xəbər lentİ

Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib - Nazirlik

17:45, 22.08.19
azerbaycan, hadise
Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib - Nazirlik

Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə baş verən yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib.

Səhiyyə Nazirliyindən bildirilir ki, hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib.

Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə məlumat veriləcək.


***


“Baksol” yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Xeberpress.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik.


***


Bakıda taxta bazarında güclü yanğın başlayıb.

Hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektindən üzü "Baksol" yolu istiqamətində taxta bazarında qeydə alınıb. Hazırda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğın güclü olduğundan şəhərin müxtəlif yerlərindən onu görmək mümkündür.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla