Valyuta məzənnəsi
Xəbər lentİ

MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapıldı

13:25, 20.08.19
azerbaycan, hadise
MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapıldı

MiQ-29 təyyarəsinin pilotunun nəşi tapılaraq dənizdən çıxarılıb

İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Xeberpress.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla