Valyuta məzənnəsi
Xəbər lentİ

Yasamalda 16 mərtəbəli binada yanğın baş verib

12:54, 20.08.19
azerbaycan, hadise
Yasamalda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda çoxmərtəbəli binada yanğının səbəbi məlum olub.

İlkin məlumata görə, elektrik kabelləri bir-birinə dolaşaraq yanmağa başlayıb.

Yanğın 16 mərtəbəli binada baş verib və əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və 2 təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğın artıq söndürülüb.

XXX

saat 11:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələr arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Xeberpress.az bildirir ki, FHN-dən verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla