Valyuta məzənnəsi
Xəbər lentİ

Aprel döyüşlərində yaralanan Yaşar Ağayevin toyu oldu - VİDEO

10:42, 19.08.19
azerbaycan, video
Aprel döyüşlərində yaralanan Yaşar Ağayevin toyu oldu - VİDEO

Aprel döyüşlərinin iştirakçısının toyu oldu

Aprel döyüşlərində yaralanan Yaşar Ağayevin toyu olub.

Xeberpress.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, İsmayıllıda keçirilən toyda Respubilikanın bütün bölgələrindən qonaqlar, qohumlar və Yaşar Ağayevin döyüş yoldaşları iştirak ediblər. Elza Xaliqova adlı xanımla ailə quran qazi öz toyunda bəy geyimi əvəzinə xidmətdə olduğu formanı seçib.

Toydan öncə bəy və gəlin ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçəklər düzərək dahi şəxsiyyətə sevgi və ehtiramlarını bildiriblər. Sonra bəy və gəlin şadlıq sarayına daxil olarkən hərbi marşla, Azərbaycanın üçrəngli bayraqları ilə qarşılanıb. Toy mərasimində Respubilikanın bütün bölgələrindən qonaqlar, qohumlar və Yaşarın döyüş yoldaşları iştirak ediblər. Toy mərasimndə, həmçinin, rəsmi şəxslər də iştrak ediblər.


Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla