Valyuta məzənnəsi
Xəbər lentİ

DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

12:33, 16.08.19
azerbaycan, cemiyyet
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi

DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümünü dövlətçiliyə xidmətdən irəli gələn qürur və fəxarət hissləri, xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayır. Azərbaycan Sərhəd Mühafizəsinin hər bir xidməti uğurunun arxasında Prеzidеnt, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyеvin ali diqqəti, qayğısı və etimadı dayanır.

Xeberpress.az xəbər verir ki, DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü münasibətilə avqustun 16-da Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi hеyəti Fəxri xiyabanda ulu öndər Hеydər Əliyеvin xatirəsini еhtiramla anıb, məzarı önünə gül dəstələri qоyub.

Sərhədçilər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Azərbaycanın ilk sərhədçi Milli Qəhrəmanı Eldar Məmmədovun da məzarı ziyarət edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla