Valyuta məzənnəsi
Xəbər lentİ

Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adı AÇIQLANIB

12:10, 16.08.19
azerbaycan, siyaset
Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adı AÇIQLANIB

Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adı açıqlanıb

Latviya hökuməti Azərbaycan, Niderland və NATO-dakı yeni səfirlərinin adlarını açıqlayıb.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Latviyanın ölkəmizdəki yeni səfiri Daynis Qarançs olacaq. O, bu postda 2015-ci ildən bəri fəaliyyət göstərən Yuri Maklakovsu əvəz edəcək.

Daynis Qarançs indiyədək Ukrayna, Özbəkistan, Polşa, Qazaxstan və İsveçdə ölkəsini təmsil edib.

Latviyanın Niderlanddakı səfiri isə Ayqa Liepinya, NATO-dakı daimi nümayəndəsi Edqars Skuya olacaq. Hər üç diplomata Latviya Prezidentinin etimadnaməsi təqdim olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla