Valyuta məzənnəsi
Xəbər lentİ

Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir

10:47, 16.08.19
azerbaycan, bolge
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir

Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir

Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən, avqustun 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılıb.

Xeberpress.az-ın məlumatına görə, Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, artıq Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir.

Yeni hava dəhlizinin açılması muxtar respublika üçün bir çox cəhətdən əhəmiyyətlidir. İlk növbədə, Naxçıvan Muxtar Respublikasının bu hava dəhlizi vasitəsilə Türkiyə üzərindən beynəlxalq dəhlizlərə çıxışı təmin ediləcək. Digər tərəfdən isə beynəlxalq reyslər həyata keçirilərkən vaxta və yanacağa qənaət olunacaq. Bütün bunlarla yanaşı, Türkiyə üzərindən hava dəhlizinin açılması gələcəkdə yeni beynəlxalq reyslərin reallaşmasına və Naxçıvan Muxtar Respublikasının turizm imkanlarının daha da genişlənməsinə töhfə verəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla