Valyuta məzənnəsi
Xəbər lentİ

Yağışa görə bu yollarda sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ

08:54, 08.08.19
azerbaycan, cemiyyet
 Yağışa görə bu yollarda sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanl avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Xeberpress.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla