Valyuta məzənnəsi
Xəbər lentİ

Bu gün Bakının bu hissəsi hərəkətə bağlı olacaq

08:55, 07.08.19
azerbaycan, cemiyyet
Bu gün Bakının bu hissəsi hərəkətə bağlı olacaq

Bakının bu hissəsi nəqliyyat vasitələrinin hərəkətinə bağlanacaq

Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah səhər saat 8:00-dən Abdulla Şaiq küçəsindən Nəriman Nərimanov prospektinə keçid üçün nəzərdə tutulmuş geriyə dönmə yeri nəqliyyat vasitələrinin hərəkətinə bağlanacaq.

Xeberpress.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sürücülərdən alternativ yol kimi Fuad İbrahimbəyov küçəsindən istifadə etmələri xahiş olunur. Təmir-tikinti işlərinin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Dəyişikliklə əlaqədar 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar Fuad İbrahimbəyov küçəsindəki ikinci geriyə dönmədən istifadə etməklə hərəkət edəcəklər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla